Qarabağın öz ərazisi, statusu var - Paşinyanın partiyasından həyasız açıqlama

16 May 2023 08:20 Problem 345
Qarabağın öz ərazisi, statusu var - Paşinyanın partiyasından həyasız açıqlama

"Ermənistan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin Qarabağın öz ərazisi və statusu var".

Bu sözləri bu gün, mayın 15-də Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Köçəryan deyib.

“Bu gün “DQR” (rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hakimiyyətini elan edən, qondarma, oyuncaq qurum-red.) yəqin ki, ən müstəqil dövlətdir və yaxın 3-4 ildə də belə olacaq. Sonra baxarıq”, - deyə o bildirib.

Erməni tərəfinin öz müqəddəratını təyinetmə məsələsini qaldırıb-qaldırmadığı sualını Köçəryan Qarabağdakı ermənilərin özünə yönəldib: “Qarabağ erməniləri nə vaxtsa sualı başqa cür qaldırıbmı?”

“İndi bir şeyi düzəltmək vacibdir – danışıqlar gedir. Danışıqlar prosesi başa çatdıqda, müzakirələrin bütün məntiqi və addımların ardıcıllığı dərc edildikdə hər şey həll olacaq.

Bu gün Azərbaycan Ermənistanın, biz isə onların ərazi bütövlüyünü tanımalıyıq. Amma bir yandan öz fəaliyyətini bəyan etdiyi prinsiplər əsasında qurduğunu deyən Dağlıq Qarabağ da var",- deyə erməni deputat bildirib.

Digər Xəbərlər
Xəbər Lenti