"Arutyunyana qarşı olan və ona kifayət qədər pis münasibət bəsləyən çoxlu insan var"

15 May 2023 08:40 Problem 700
"Arutyunyana qarşı olan və ona kifayət qədər pis münasibət bəsləyən çoxlu insan var"

Qondarma “DQR”in “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayan Xankəndində mitinqlər keçirməyə hazırlaşdığını bildirib.

Bu barədə yerli “Past” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, Samvel Babayan əsas məqsədinin “dövlət naziri” vəzifəsinə təyin olunmaqdan ibarət olduğunu söyləyib. Babayan öz çevrəsində məqsədinə çatmaq üçün hər şeyə hazır olduğunu söyləyib.

“Bildiyiniz kimi, Qarabağda (ermənilər arasında-red.) Arayik Arutyunyana qarşı olan və ona kifayət qədər pis münasibət bəsləyən çoxlu insan var. Bu səbəbdən Samvel Babayanın niyyəti kifayət qədər böyük rezonans doğurub. Ötən gün Ruben Vardanyanın təşkil etdiyi mitinq Ermənistan hakimiyyətinin xoşuna gəlməyib və əldə etdiyimiz məlumata görə, həm də bu səbəbdən Nikol Paşinyana xidmət edən Qarabağ erməniləri arasında bəzi siyasi dairələr, o cümlədən Samvel Babayan hərəkətə keçib”, – deyə qəzet yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi