Kadinin vəziyyəti necədir?

12 May 2023 12:40 Problem 683
Kadinin vəziyyəti necədir?

"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Alisk braziliyalının əməliyyatdan sonrakı durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Helsio "Qarabağ"ın braziliyalı sabiq futbolçusunun özünü yaxşı hiss etdiyini bildirib.

Amma o, braziliyalının meydana nə vaxt qayıdacağını bilmədiyini qeyd edib:

"Əməliyyatdan sonra Kadinin vəziyyəti yaxşıdır. Ancaq indiyə qədər onun nə vaxt meydanlara qayıda biləcəyi ilə bağlı heç bir məlumat yoxdur".

Kadi Rusiya Premyer Liqasının 24-cü turunun "Spartak"a (Moskva) qarşı oyununda (3:4) zədələnib. O, paytaxt klubunun müdafiəçisi Giorgi Jikia ilə toqquşduqdan sonra huşunu itirmişdi.

Onun üz sümüklərinin sındığı bəlli olmuş, sonradan isə əməliyyat edilmişdi. Xatırladaq ki, Borges qışda "Qarabağ"dan "Krasnodar"a keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu