"Xəzər Lənkəran"ın “məbəd”indən yeni VİDEO GÖRÜNTÜLƏR

4 Fevral 17:00 Problem 882
"Xəzər Lənkəran"ın “məbəd”indən yeni VİDEO GÖRÜNTÜLƏR

“Xəzər Lənkəran” Mərkəzi Stadionu diqqətdən kənarda qalıb.

Vaxtilə “Fırtınalar meydanı” olan arena hazırda baxımsız vəziyyətdədir.

Bu mövsümdən Region Liqasında mübarizə aparan və ev oyunlarını burada keçirən “Xəzər Lənkəran 42”nın rəhbərliyi idman qurğusuna qətiyyən can yandırmır.

Meydança və tribunalar bərbad haldadır. Yeni yaranan klubun idarəçiləri buralara “əl gəzdirmək” əvəzinə özlərini reklam etməklə məşğuldur.

Bir komandanın ki direktoru Höccət Hacıyev olsun, daha onlardan nə gözləyəsən..?

Əlbəttə, bu, belə də olmalıydı. Hacıyevi ancaq ondan-bundan pul almaq və qazanmaq maraqlandırır. O, uzun illər elə bu stadionun direktoru olub və böyükpullar əldə edib.

Onun bir hissəsini arenanın özünə xərcləmək isə heç vaxt Hacıyevin ağlının ucundan keçməyib. Nə dünən, nə də bu gün.

2016-cı ildə eyniadlı klubun dağılmasından bəri “Xəzər Lənkəran” Mərkəzi Stadionu cəmi bir dəfə təmir görüb. O da 2021-ci ildə - “Xan Lənkəran”ın fəaliyyətə başlamasından sonra.

AFFA-nın I Diviziona buraxmadığı klubun rəhbərliyi həmin periodda arenada kifayət qədər iş görmüşdü. Federasiya bu insanları futboldan küsdürməsəydi, məşhur idman qurğusu hazırda belə ağlamalı duruma qalmazdı.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
28 Mart 17:20 Mahirdən XƏBƏR ALIN!
28 Mart 10:40 Bir addım irəli…
28 Mart 09:20 0:5-in İÇ-ÜZÜ