
Rusiya Premyer Liqasında çıxış edən "Ximki"yə transfer qadağası qoyulub.
Sportinfo.az xəbər verir ki, qərar qurumun Mübahisəli Məsələlərin Həlli Palatasının iclasında qəbul edilib.
Klub "Joint Industries Limited Partnership" şirkəti qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün bu sanksiya ilə üzləşib.
Bildirilib ki, "Ximki" üzərinə götürdüyü şərtlərə əməl etsə, qadağa ləğv oluna bilər.
"Ximki"nin səhmdarı azərbaycanlı iş adamı Tufan Sadıqovdur. AFFA-nın milliyə cəlb etmək istədiyi Ayaz Quliyev də hazırda bu komandada çıxış edir.