“Kiməsə zəng edib, “nə olar, məni komandana götür” deyən deyiləm”

3 Dekabr 2022 21:00 Problem 782
“Kiməsə zəng edib, “nə olar, məni komandana götür” deyən deyiləm”

“Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” kimi komandaların heyətində yer alan, millilərə dəvət alan Nodar Məmmədov artıq neçə ildir Premyer Liqada heç kimə lazım deyil.

Niyə?

“Qaradağ Lökbatan”da üçüncü mövsümünü keçirən 33 yaşlı müdafiəçi bu haqda Sportinfo.az-a açıqlama verib:

“Füzuli Məmmədov haqqında deyirdilər ki, çox ciddi adamdır, hər futbolçunu bəyənmir-filan. Onun rəhbərliyi altında oynadım, divizionda çempion adını qazandıq, ən az top buraxan komanda olduq.

Füzuli müəllimin özü də deyirdi ki, komandanı Premyer Liqaya buraxsalar, rahat 1-2 il də oynaya bilərsən. İstəmirlər, nə bilim.

“Xəzər Lənkəran”dan sonra aşağı dəstəyə oynamağa gedəndə kiməsə zəng etmək imkanım var idi. Amma etmədim.

Niyə? Çünki istəmədim. Çünki elə insan deyiləm ki, kiməsə zəng edib, “nə olar, məni komandana götür” deyim.

700-800 manata oynayaram, heç kimə zəng etmərəm”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu