Bakı Kremldən bunu istəyir: Putin razılaşacaq

23 Noyabr 2022 17:30 Problem 807
Bakı Kremldən bunu istəyir: Putin razılaşacaq

"Hazırda Rusiya tam olaraq Türkiyədən asılıdır. Ələlxüsus Xersondakı məğlubiyyətdən sonra.

Hazırda Ankara və yaxud da Bakı Kremlə nə desə, nəyi təklif etsə, Rusiya onu etməyə məcbur olacaq".

Bu fikirlərlə Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan çıxış edib.

“Mən dəfələrlə demişəm ki, hazırda Rusiya bizimlə (Ermənistanla – red.) deyil. Bu artıq təstiqlənmiş tezisdir.

Bu dəqiqə Rusiyaya Türkiyə və Azərbaycan hava və su kimi lazımdır. Bakı bu məqamdan peşəkarcasına faydalanacaq.

Azərbaycan Rusiyadan Xankəndi məsələsinin tez bir zamanda həll olunmasını istəyir. Yox, istəyir demək düz olmaz – tələb edir. Və bu tələb yerinə yetiriləcək”, - deyə o erməni mətbuatına açıqlamasında qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi