Marselonun "Qarabağ"la oyunda iştirak etməsini istəmirlər

5 Oktyabr 2022 13:40 Problem 1 609
Marselonun "Qarabağ"la oyunda iştirak etməsini istəmirlər

"Olimpiakos"un yeni ulduzu Marselo Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə iddianı "Sportdog" nəşri irəli sürüb.

Pirey təmsilçisinin baş məşqşçisi Miçel Qonsales 34 yaşlı müdafiəçini "köhlən atlar"la matçda meydana buraxmaq istəmir. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir.

Belə olacağı təqdirdə, Marselo "Qarabağ"a qarşı oktyabrın 13-də Bakıdakı IV tur qarşılaşmasını da buraxacaq.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da