Ermənistan qarışdı: Əsgərlərimizi sərhəddən geri çəkin!

29 Sentyabr 2022 18:50 Problem 932
Ermənistan qarışdı: Əsgərlərimizi sərhəddən geri çəkin!

Bu gün səhər Ermənistanın Abaran şəhərinin mərkəzində tələbələr və məktəblilər şəhərlərarası yolu bağlayaraq, hakimiyyətdən öz dostlarının, tələbə yoldaşlarının sərhəddən geri çəkilməsini tələb ediblər.

Bu barədə erməni mediası yazır.

Belə ki, erməni tələbələr və şagirdlər İrəvanın sərhəddə törətdiyi təxribatın nəticəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında ölüm hallarının artmasına etiraz olaraq, strateji yolu kəsiblər.

Polislər yolu bağlayan aksiyaçıları zor gücünə dağıdıb. Müəllimlərdən biri mediaya açıqlamasında gənc əsgərlərin Azərbaycan ilə sərhəddən geri çəkilməsini tələb etdiklərini bildirib.

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr axşam saatlarında törətdiyi təxribata Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində 3 erməni hərbçisi (biri batalyon komandiri olmaqla – red.) məhv edilib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər