"Qarabağ" gərək onu milliyə göndərməkdən imtina edərdi" - VİDEO

22 Sentyabr 2022 15:00 Problem 2 536
"Qarabağ" gərək onu milliyə göndərməkdən imtina edərdi" - VİDEO

«Bədavi Hüseynovun milliyə çağırılması məni narahat etdi».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

ATV-də yayımlanan «Futbolumuz» verlişində yığmanın bu gün Slovakiya ilə keçirəcəyi Millətlər Liqasının oyundan danışan sabiq klub funksioneri Canni De Byazini tənqid edib.

O, baş məşqçinin Bədavi Hüseynovu sərəncamında görmək istəməsini «təhlükəli hal» adlandırıb:

«Bədavi hələ tam sağalmayıb, ağrıları var. Bunu Qurban Qurbanov da bildirib.

Milli hər dəfə oynayandan sonra «Qarabağ»ın hansısa futbolçusu ciddi zədə alır, uzun müddətə sıradan çıxır. De Byazi «Qarabağ»dan sağlam gələnləri zədəli halda geri qaytarır.

Qarşıdan «Qarabağ»ın Avroliqada çətin oyunları gəlir. Müdafiəçilərdən Kevin Medina, Maksim Medvedev və Rahil Məmmədov zədəlidir.

Bədavi də sıradan çıxsa, «Qarabağ» avrokuboklarda ciddi problemlərlə üzləşəcək. «Qarabağ» gərək onu milliyə göndərməkdən imtina edərdi».

SPORTİNFO.AZ

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!