Zelenski: "Biz hamısını qaytarmaq istəyirik, Rusiya heç nəyi geri vermək istəmir"

21 May 2022 13:50 Problem 902
Zelenski: "Biz hamısını qaytarmaq istəyirik, Rusiya heç nəyi geri vermək istəmir"

“Mən ilk gündən müharibədə qələbə qazanacağımıza əmin idim”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski andiçməsinin 3-cü illiyi ilə bağlı xanımı Yelena Zelenskaya ilə birgə müsahibəsində bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, qələbə çətin olacaq və çox qan töküləcək. O, tərəflərin tələblərindən bəhs edərək deyib:

“Biz hamısını qaytarmaq istəyirik, Rusiya isə heç nəyi geri vermək istəmir. Müharibənin sonu diplomatik olacaq”.

Volodimir Zelenski qeyd edib ki, ukraynalılara hörmətinin dəyişməməsindən daha çox qürur duyur:

“Mən insanlarımıza inanmışam. Bu müharibə başlıcası bütün dünyaya sübut etdi ki, bizim belə insanlarımız var”.

Müsahibədə iştirak edən Yelena Zelenskaya həyat yoldaşı (Prezident) ilə müharibə başlayandan iki ay yarım müddətində görüşmədiklərini vurğulayıb:

“Rusiyanın irimiqyaslı hərbi əməliyyatı başlayandan sonra biz bir neçə ay yalnız telefonla əlaqə saxlamışıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"