Bəh-bəhlə milliləşdirilən iranlının sonrakı TALEYİ

15 Yanvar 2022 10:40 Problem 1 098
Bəh-bəhlə milliləşdirilən iranlının sonrakı TALEYİ

Azərbaycan millisinə cəlb olunan lazımsız əcnəbilər hər dövrdə olub.

Sanki buna adətkar olmuşuq.

Çempionatımıza yeni gələn hansısa əcnəbi 3-5 gün özünü göstərən kimi "bəlkə, bunu milliləşdirək" fikri zehinlərdə hakim olur.

Və müəyyən zaman keçdikdə peşmançılıq içimizi buruyur ki, "deyəsən, bir az tələsdik axı". Eynən Əli Qurbanidən olduğu kimi.

"Sumqayıt"ın forvardının ölkəmizdəki startı fantastik alınmışdı. İlk 6 oyunda 5 qol və 1 asist.

İranlının qol vurduğu rəqiblər arasında "Neftçi" və "Qarabağ" kimi adların olması isə onun başlanğıcına xüsusi rəng qatırdı. Məhz bu statistikadan sonra Qurbaninin milli komandamıza dəvət olunması qərar alındı.

Əlinin əsas millidəki debutu ölkəmizə gəlişindən təxminən 2 ay sonraya təsadüf etdi. Millətlər Liqasının qrup mərhələsinin Monteneqro ilə səfər matçında baş məşqçi Canni De Byazi 31 yaşlı hücumçunu əsas heyətdə meydana buraxdı.

60 dəqiqə ora-bura var-gəl edəndən sonra da əvəzləndi. Qurbani sonraki müddətdə daha 7 görüş Azərbaycan yığmasının formasında tər axıtdı, amma xüsusi nə iləsə yadda qalmadı.

Millidəki uğursuz start onun klub karyerasına da birbaşa sirayət elədi. Sanki yığmadakı debutu ilə klubdakı xoş günləri də başa çatmış oldu.

O, "Sumqayıt"la sonrakı 31 qarşılaşmada cəmi 6 dəfə rəqib torlarını silkələyə bildi. Bu mövsümkü çıxış isə ümumiyyətlə, biabırçılıqdır.

Bəh-bəhlə milliləşdirilən hücumçunun aktivində vur-tut 1 qol var. Mövsüm isə yarılanıb. Vay ona ki, növbəti yarıda da eyni aqibət ola. Sevə-sevə Qurbani sevər federasiya mənsublarını görmək istərdim. Loplarına bir-iki kəlmə demək üçün...

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti