Mahirə HƏDƏ-QORXU mesajı göndərdilər: "Bura gələndə gününü görəcəksən"

12 Yanvar 2022 00:40 Problem 1 552
Mahirə HƏDƏ-QORXU mesajı göndərdilər: "Bura gələndə gününü görəcəksən"

Azərbaycan millisinin futbolçusu Mahir Emreli hələ də "Legiya"nın azarkeşlərinin təhdidinə məruz qalır.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 25 yaşlı hücumçunun vəkili Anıl Dinçer məlumat verib.

Onun sözlərinə görə, fanatlar sosial şəbəkələr vasitəsilə forvardı hədələyirlər:

"Bu gün özü ilə bu barədə danışdıq. Yazırlar ki, Polşaya gələndə gününü görəcəksən".

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. İngiltərədən hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

"İctimai TV"də yayımlanan "Fatehin Divanı" verilişində qonaq olan forvard fanatları tənqid edib. Varşava təmsilçisinin azarkeşlərinin komanda üzvlərinə hücum çəkməsinə toxunan 25 yaşlı hücumçu bunu normal qarşılamadığını bildirib:

"Bu, sırf mənə qarşı olan təxribat deyildi. Həmin gün oyunu uduzub Varşavaya qayıdanda turnir cədvəlinin sonuncu pilləsində idik.

Bu da azarkeşləri qəzəblənirdi. Amma bunu heç cür normal qarşılamıram. Çünki ikinci diviziona düşən komandaları da görümüşük. Heç birinin fanatları belə etməyib".

Emrelinin sözlərinə görə, Varşavada "Legiya" sevgisi çox böyükdür:

"Bu cür azarkeşlərlə yanaşı, yaxşı tərəfdarlar da var. Onlardan narazı olduğumu desəm, düzgün olmaz. Bu insanların haqqına girə bilmərəm. Lakin bu cür hadisə ürəkaçan deyil".

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var