Təhqirə görə oyunu yarımçıq saxladılar – İlk dəfə

20 Dekabr 2021 15:40 Problem 1 503
Təhqirə görə oyunu yarımçıq saxladılar – İlk dəfə

Almaniyanın 3-cü liqasında keçirilən “Dyusburq” – “Osnabryuk” qarşılaşması yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb irqçi təhqirlər olub.

Komandalar meydanda cəmisi 35 dəqiqə olublar. Bundan sonra Aaron Opoku irqçi təhqirlərə məruz qaldığı üçün görüş yarımçıq dayandırılıb.

Azarkeşlərdən biri futbolçuya meymun deyib. Hakim görüşü dayandırıb, 30 dəqiqədən sonra isə qarşılaşmanın davam etdirilməyəcəyini bildirib.

Futbolçunu təhqir edən şəxs həbs edilib. Almaniyada ilk dəfədir ki, irqçi təhqirlərə görə oyun yarımçıq dayandırılır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş