"Mahir mənə müqaviləni ləğv etmək istədiyini söyləyib?"

20 Dekabr 2021 13:20 Problem 1 474
"Mahir mənə müqaviləni ləğv etmək istədiyini söyləyib?"

"Mahir Emreli ilə görüşdüm, durumu yaxşıdır.

Ümid edirəm ki, qış təlim-məşq toplanışının ilk günlərində bizimlə olacaq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç "Radomyak"a 0:3 hesabı ilə uduzduqları Ekstraklasanın XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun yüksək keyfiyyətə malik olduğunu bildirib:

"Emreli kimi oyunçuya çox ehtiyacımız var. Mənə müqaviləni ləğv etmək istədiyini söyləyib? Xeyr, o, belə şey deməyib".

"Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş