NAZİR: "Regionlarda komandaların sayı çox olmalıdır" - VİDEO

18 Dekabr 2021 12:40 Problem 1 522
NAZİR: "Regionlarda komandaların sayı çox olmalıdır" - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov “İctimai TV”yə müsahibəsində Azərbaycan futbolundan danışıb.

Sportinfo.az xəbər verir ki, nazir daxili çempionatın hazırki durumundan narahatlığını dilə gətirib.

F.Qayıbov “Qarabağ”ın uğurlarından söz açıb, futbolun regionlarda inkişafının vacibliyini vurğulayıb:

““Qarabağ” bizi 8 ildir avrokuboklarda layiqincə təmsil edir. Azərbaycan çempionatına gəldikdə isə bunun bizim problemimiz olduğunu desəm, yanılmaram.

Durumu dəyişmək, komandaların sayını artırmaq lazımdır. Ümumiyyətlə, problemlərdən biri odur ki, komandaların çoxu Bakıda cəmləşib.

Regionlarımızda da komandaların sayı çox olmalıdır, rəqabət artmalıdır. Bunların hamısını başa düşürük. Çalışacağıq ki, bu işdə AFFA-ya kömək olaq.

Azərbaycanda ən populyar idman növü futboldur. Bu, bütün dünyada belədir. Düşünürəm ki, durumdan çıxış yolunu hamımız birlikdə tapmalıyıq.

Mən bütün federasiyalarla görüşürəm, onların çətinlikləri ilə maraqlanıram. Görüşlərlə fəaliyyətimiz bitmir. Bu, davam edəcək. Strategiya haqqında düşünməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş