“Liverpul”un baş məşqçisi Yurgen Klopp koronavirusa görə peyvənd olunmasından danışıb.
Sportinfo.az xəbər verir ki, alman mütəxəssis elm adamlarına etibar etdiyini deyib.
O, peyvənd olunmayan tanışları arasında maarifləndirmə işi apardığını da bildirib:
“Ekspertlərə güvənirəm. Tibb sahəsində mütəxəssis olan ağıllı insanların məsləhətlərinə əməl edirəm. Dediyim kimi, klubumuzda peyvənd olunanların faizi çox yüksəkdir. Ola bilsin ki, artıq hamı peyvənd olunub.
Yeri gəlmişkən, icazə verilən kimi təkrar peyvənd olundum. Dostlarımla görüşərkən, hələ də peyvənd olunmadıqlarını deyirlərsə, onda maarifləndirmə işi aparıram ki, ekspertləri dinləsinlər.
Bu, heç bir halda “məni dinlə” deyil. Həmişə "mütəxəssisləri dinləyin” düşüncəsinə üstünlük vermişəm”.

