Ərəblərlə "Sabah" arasındakı qalmaqalla bağlı SON DURUM

17 Dekabr 2021 17:00 Problem 1 436
Ərəblərlə "Sabah" arasındakı qalmaqalla bağlı SON DURUM

Birləşmiş Ərəb Əmirlikləri klubu "Əl-Əyn"in millimizin üzvü Bəhlul Mustafazadədən imtina etməsindən azalır yarım il ötüb.

"Sabah" klubu və futbolçu özü imtinaya dərhal reaksiya verərək, ərəblərdən FİFA-ya şikayət edəcəklərini bildirsələr də, ötən müddətdə bu istiqamətdə yenilik yoxdur.

Sportinfo.az-ın paytaxt klubuna ünvanladığı sorğunu mətbuat xidmətinin rəhbəri Elnur Həmidov belə cavablayıb:

"Bu məsələnin uzun çəkən proses olduğunu öncə də bildirmişdim. Hələ də FİFA-dan cavab gözləyirik. Hər hansı cavab gəlsə, bu barədə ictimaiyyətə məlumat verəcəyik. Amma hələki heç bir cavab yoxdur. Klub olaraq biz də gözləmə mövqeyindəyik".

"Əl-Əyn"ə keçidi baş tutmayan Bəhlul Mustafazadə sonradan "Qarabağ"a transfer olunmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti