Mahir döyüləndən sonra “Legiya”da nələr baş verir?

16 Dekabr 2021 01:20 Problem 1 275
Mahir döyüləndən sonra “Legiya”da nələr baş verir?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”nın sonuncu baş tutan məşqində iştirak etməyib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə yanaşı, braziliyalı yarımmüdafiəçi Lukinyas da hazırlıq prosesinə qatılmayıb.
Hər iki oyunçunun azarkeşlərin hücumu nəticəsində xəsarət aldıqları üçün məşqə çıxmadıqları ehtimal olunur.

Bu arada “Legiya” azarkeşləri klub prezidenti Dariuş Mioduskinin də istefasını tələb etməyə başlayıb. Fanatlar gecə saatlarında Varşava təmsilçisinin stadionunun qarşısına toplaşıblar. Onlar Mioduski ilə bağlı nalayiq pankartlar açıblar.

“Legiya” fanatları komandanın Polşa çempionatının 18-ci turunda Plotsk “Visla”sına 0:1 hesablı məğlubiyyətindən sonra Varşava təmsilçisinin futbolçularına hücum edib.

Hadisə zamanı Mahir Emreli və komanda yoldaşı Lukinyasa xəsarət yetirildiyi bildirilir.

Polşa Futbol İttifaqı və Ekstraklasa “Legiya” azarkeşlərin son davranışları ilə bağlı bəyanat yayıb. Hər iki qurum rəsmi saytı vasitəsilə baş vermiş insidenti qınayıb.

Bildirilib ki, oyunçulara, məşqçilərə, hakimlərə və idman yarışlarının digər iştirakçılarına qarşı istənilən zorakılıq halları yolverilməzdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti