Polşada döyülən Mahir "Legiya"dan ayrılmağa qərar verib?

14 Dekabr 2021 16:40 Problem 1 385
Polşada döyülən Mahir "Legiya"dan ayrılmağa qərar verib?

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmaq istəyir.

Sportinfo.az "Sportfakty" saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.

Forvard müqaviləni ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə də saxlayıb. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.

Emrelinin növbəti tur "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.

Fanatlar "Visla" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti