Koronavirus nə vaxt yox olacaq? – Məlumatlı şəxs dedi

12 Dekabr 2021 01:50 Problem 791
Koronavirus nə vaxt yox olacaq? – Məlumatlı şəxs dedi

Almaniyanın səhiyyə naziri Karl Lauterbax yaxın illərdə koronavirus infeksiyasına qalib gəlməyin çətin olduğunu deyib.

Sportinfo.az xəbər verir ki, alman nazir bu barədə “Bild” nəşrinə danışıb.

“Biz yaxın gələcəkdə - dörd il ərzində koronavirusu tamamilə məğlub edə bilməyəcəyik. Realist olmalısınız. COVID-19-un yeni ştamları immun çatışmazlığı və xərçəng xəstəliyi olan insanlarda tez-tez aşkarlanacaq”, - Lauterbax bildirib.

O, “omicron”un koronavirusun digər ştamlarına nisbətən daha yoluxucu olduğunu və virusa yoluxmuş insanlara da təsir etdiyini vurğulayıb.

Lauterbaxın sözlərinə görə, təkrar peyvənd edilmədən insanların sağlamlığını qorumaq mümkün olmaya bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş