Rumıniya saytı Zubirin bu halına yandı - VİDEO

12 Dekabr 2021 09:00 Problem 1 905
Rumıniya saytı Zubirin bu halına yandı - VİDEO

Rumıniya mətbuatı "Qarabağ"ın İsveçrədə "Bazel"ə qarşı Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda üzləşdiyi hakim ədalətsizliyindən yazıb.

Sportinfo.az xəbər verir ki, "Sport.ro" saytı 2-ci dəqiqədə Azərbaycan təmsilçisinin legioneri Abdullah Zubirin sayılmayan qolunu böyük səhv adlandırıb.

2015/2016 mövsümündə Rumıniyanın "Petrolul" klubunda çıxış etmiş 30 yaşlı yarımmüdafiəçinin təxminən 8 metrdən vurduğu zərbəsindən sonra topun açıq şəkildə qapı xəttini keçdiyi vurğulanıb:

"Təkrardan sonra qolun təsdiqlənməli olduğu görünür. Konfrans Liqasında VAR (video-təkrar) sistemi və "goal line" texnologiyası olmadığı üçün referi həmin anı nəzərdə keçirə bilməyib və "Qarabağ"ın qolunun önəmi qalmayıb".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş