“Hakimlərin gözlərində pomidor varsa...” – “Bazel”in fanatlarından “Qarabağ”a DƏSTƏK

11 Dekabr 2021 19:40 Problem 7 089
“Hakimlərin gözlərində pomidor varsa...” – “Bazel”in fanatlarından “Qarabağ”a DƏSTƏK

Fran Yoviçlə köməkçisinin “Bazel” – “Qarabağ” (3:0) qarşılaşmasının 2-ci dəqiqəsində təmsilçimizin tər-təmiz qolunu hesaba almaması səmada şimşək effekti verdi.

Dünyanın gözü qarşısında baş verən biabırçılıq yekun nəticəyə təsir etdi ki, referinin bu qərarından sonra “Qarabağ”lı futbolçuların psixoloji cəhətdən “sınması” göz qabağındaydı.

Ədalətsiz qərar 90 dəqiqənin tamamında futbolsevərləri iki yerə böldü. Məyusluğundan yata bilməyən azərbaycanlılar və sevinci yerə-göyə sığmayan isveçrəlilər.

“Bazel” fanatları klubun sosial media hesablarında qələbəni bayram edir, Yoviçin qərarına isə arsız formada və müxtəlif şəkildə “don geyindirməyi” bacarır. Buna baxmayaraq, haqqın nə olduğunu bilən avropalıları da görmək mümkündür.

Şərhlərdən bir neçəsini təqdim edirik:

Maximilian Shneider: “Biabırçılıq oldu. Hakim çox pis idi. Pley-off mərhələsində uğurlar! Mən sizin klubun tarixini və indiyə qədər başına gələnləri bilmirəm. Onu deyə bilərəm ki, Avropa Konfrans Liqası üçüncü dərəcəli beynəlxalq klub turniridir. Ona görə də bura üçüncü dərəcəli hakimləri göndərirlər. Nə VAR var, nə də goal-line texnologiyası. Üzüntünüzü başa düşürəm, amma bilin ki, “Bazel” hələ o qədər böyüməyib ki, UEFA-dakılar onu sevsin, yaxud dəstək versin”.

Riko Benninger: “Futbolda hər şey nə vaxtsa balanslaşır. Səbrli olun, hər şey yaxşı olacaq. “Qarabağ” yaxşı rəqib idi”.

Christian Roser: “Super! Təbriklər! Öz aramızdır, bəxt də tərəfimizdə idi”.

David Jundt: “Qarabağ”da mərhələni keçdi, amma yazılan şərhlərdən elə çıxır ki, sanki “Bazel” kiminsə qabağından ad günü tortunu oğurlayıb. Halbuki, “Qarabağ” bu oyunla növbəti mərhələdəki rəqibini keçə bilər”.

Dominik Klay: “1:0 sizin üçün yaxşı hesab idi. Qol var idi, amma VAR yox”.

Andy Semling: “Hakimlərin gözlərində pomidor varsa, buna “Bazel” nə etsin? O qol qeydə alınsaydı belə, 3:1 uduzacaqdız”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti