Mahir Polşada içkiyə aludə olub? – Onu görən adam danışdı

11 Dekabr 2021 00:30 Problem 3 097
Mahir Polşada içkiyə aludə olub? – Onu görən adam danışdı

"Mənə elə gəlir ki, o, "Legiya"nın bu mövsüm sərgilədiyi oyunun qurbanıdır.

Çeslav Mixneviç baş məşqçi postundan azad ediləndən sonra klubdakı alkoqol qalmaqalı Emreliyə böyük təsir edib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "Weszlo" nəşrinə açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin oyunu haqqında danışarkən deyib.

Daha əvvəl Varşava təmsilçisinin keçmiş oyunçusu Voytsex Kovalçik 24 yaşlı hücumçunun komanda yoldaşları ilə əyləncəli həyat tərzi sürdüyünü və spirtli içkidən istifadə etdiyini söyləyib.

Hazırda ölkəsinin "Visla" (Plotsk) klubunda çıxış edən polşalı Jezniçak azərbaycanlı oyunçu ilə bu barədə danışdığını söyləyib:

"Mahir belə xəbərlərdən təsirlənib. Məlumatı eşidən kimi əmin oldum ki, o, həmin qrupda olmayıb.

Hətta Emrelinin keçmiş həyat yoldaşımla fotosu da yayımlanmışdı. Azərbaycanda mədəniyyətin necə olduğunu bilirəm.

Futbolçular tez-tez əyləncə məkanlarına gedirlər. Amma bu, o demək deyil ki, içki içirlər".

35 yaşlı oyunçu "Legiya"da çıxış edərkən bənzər hadisələrlə üzləşdiyini diqqətə çatdırıb: "O vaxtlar bu məsələləri çox qabartmırdılar, çünki nəticələr yaxşı idi.

Oxşar təcrübələrim olub. Bu üzdən də Emreliyə məsləhət verməyə, onu ruhlandırmağa çalışıram ki, tənqidlər oyununda əks olunmasın".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş