Vaksindən imtina edən ulduz futbolçunun ciyərində problem yarandı

10 Dekabr 2021 01:40 Problem 1 036
Vaksindən imtina edən ulduz futbolçunun ciyərində problem yarandı

"Bavariya"nın futbolçusu Coşua Kimmix ilin sonuna kimi komandasına kömək edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Koronavirusa yoluxan yarımmüdafiəçi karantin dövrünü başa vursa da, ağ ciyərində yaranmış problemə görə məşq edə bilmir.

26 yaşlı futbolçu "Bavariya"nın "Maynts", "Ştutqart" və "Volfsbur"la matçlarında meydana çıxa bilməyəcək.

Almaniya millisinin də üzvü olan Kimmix Covid-19 əleyhinə vaksin vurmaqdan imtina etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş