Azərbaycan klubunun buna vaxtı yoxdur – “Çox azdır”

9 Dekabr 2021 16:40 Problem 910
Azərbaycan klubunun buna vaxtı yoxdur – “Çox azdır”

“Səbail”lə oyuna hazırlaşmağa vaxtımız yoxdur.

Dekabrın 6-da “Sumqayıt-2” ilə oyunumuz oldu, ertəsi bərpa məşqçi. Cəmi 2 gün vaxt qalır”.

“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacaqları “Səbail”lə oyundan əvvəl Sportinfo.az-a danışıb.

Bölgə təmsilçisinin çalışdırıcısı vaxt azlığından gileylənib:

“Premyer Liqa komandası ilə matça hazırlaşmaq üçün 2 gün çox azdır. Bu müddətdə futbolçuların funksional hazırlığını təmin etmək mümkündür.

Rəqibin oyununu təhlil etməli, taktiki planda hazırlaşmalı, lazım olan tapşırıqlar verməliyik ki, bu plan üzərində işləməyə vaxtımız yoxdur”.

Rüstəm bəy zaman azlığından başqa komandadakı itkilərin də “yaşıllar”ın oyununa təsir edəcəyini gizlətməyib:

“İtkilərimiz var. İki nəfər xəstədir, matç gününə qədər durumlarının necə olacağını bilmirik.

Hətta kollektivə qoşulsalar belə, fiziki cəhətdən “axsayacaqlar”. Heyətlə bağlı problemlər də qaçılmazdır”.

“Zaqatala” – “Səbail” qarşılaşması dekabrın 10-da, saat 14.00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş