Arada qulağınızı onun ağzından ayırın - Heç vaxt dəyişməyəcək Vaqif Sadıqov

9 Dekabr 2021 16:00 Problem 996
Arada qulağınızı onun ağzından ayırın - Heç vaxt dəyişməyəcək Vaqif Sadıqov

AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Canni De Byazi ilə müqavilənin uzadılmasını özünəməxsus tərzdə şərh edib.

Bu şərhdən sonra tam əmin olursan ki, Vaqif Sadıqov heç vaxt dəyişməyəcək.

O, tutduğu yoldan - futbolun inkişafını bacardığı qədər əngəlləməkdən imtina etməyəcək. Yuxarılara yarınmaq şakərini yerə qoymayacaq.

Baxırsan Rusiyaya, görürsən ki, ölkə prezidenti Putin deyir ki, limit olmalıdır.

Amma yığmanın baş məşqçi Valeri Karpin deyir ki, Putin səhv edir, limit olmamalıdır.

Guya özünü mütəxəssis hesab edən Vaqif Sadıqov isə Elxan Məmmədovun səhv qərarlarına etiraz edə bilmir.

Nə isə... gələk Vaqif müəllimin allı-güllü şərhinə. Deyib, De Byazi ilə müqaviləni ona görə uzatdıq ki, Millətlər Liqasını qurban verə bilməzdik.

Guya bizim Millətlər Liqasında böyük iddialarımız var, yeni məşqçi gələ, yeni komanda formalaşdıra bilərdi və bu da bizim iddiamıza zərbə vurardı.

Arxayın olun, Millətlər Liqasında uğursuz çıxışdan sonra Vaqif müəllim başqa cür “mala” vuracaq, bu sahədə, həqiqətən də peşəkardır.

Amma bu adama demək lazımdır ki, siz artıq Azərbaycan futbolunu qurban veribsiniz. Özü də çoxdan.

Vaqif müəllim, bəlkə elə düşünürsüz ki, bunu xalq bilmir? Arada qulağınızı Elxan müəllimin ağzından ayırıb, xalqa tərəf də tuşlayın.

Həngamə söhbətlər eşidəcəksiniz ey...

BİZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş