AFFA rəhbərliyi qədər günahkar olan FUTBOL ADAMLARIMIZ

8 Dekabr 2021 23:20 Problem 1 321
AFFA rəhbərliyi qədər günahkar olan FUTBOL ADAMLARIMIZ

AFFA İcraiyyə Komitəsinin (İK) çıxardığı qərarla Canni De Byazinin daha 10 ay Azərbaycan milli komandasında baş məşqçi kimi çalışacağı dəqiqləşdi.

Halbuki özümüzdə De Byazidən də yaxşı nəticələr vermək perespektivi olan ən azı 5 yerli baş məşqçi adı saymaq olardı. Ən azı!

AFFA rəhbərliyi növbəti dəfə əcnəbi sevdasından əl çəkmədi. Olsun, deyək ki, futboldan kənar adamlardı və nə etdiklərini, nə dediklərini bilmirlər.

Bəs o adamların dörd tərəfinə yayılmış, illərini futbola vermiş futbol adamlarına nə ad qoyaq?
Bəs onlar niyə mıkk eləmirlər? Qərardan iki həftə keçib, amma birinin normal etirazın, qərara ədalətli şərhini görə bilmədim.

Biri deyir "Ancaq uğur arzulamaq lazımdır", digər deyir "Belə məsləhət biliblərsə, biz nə deyək?" və.s

AFFA-dakı işinizə görə susmağınızı da keçdik, bəs bu dəstək çağrışlarınız nəyin nəsidir?

55 yaşlı Şahin Diniyev, 65 yaşlı İsgəndər Cavadov, 74 yaşlı Ağasəlim Mircavadov, 62 yaşlı Vaqif Sadıqov, 61 yaşlı Əsgər Abdullayev, 81 yaşlı Kazbek Tuayev özünə nə vaxt hörmət edəcək?

Axı sizin ağsaqqal yaşınızdır. Oturub-durduğunuz bütün "kruq"da ağsaqqalıq eləməlisiniz. Oğlunuz yaşında olan rəsmilərin haqqlı-haqqsız bütün fikirlərini, qərarlarını dəstəkləməkdən yorulmadınız? Utanmadınız?

Çox təəssüf ki, ağsaqqal yaşınızda futbolumuzun ağsaqqalı olmağı bacarmadınız...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!