“... ölkə xaricində klub tapıb, karyeramı davam etdirəcəm”

27 Noyabr 2021 17:00 Problem 971
“... ölkə xaricində klub tapıb, karyeramı davam etdirəcəm”

Sonuncu dəfə bu ilin yayında – iyunun 14-də rəsmi oyunda iştirak edən Vüqar Bəybalayevdən səs-soraq yoxdur.

Ötən mövsüm Gürcüstan “Telavi”sində 10 oyunda 635 dəqiqə forma geyinmək şansı qazanmış 28 yaşlı yarımmüdafiəçi yaydan bu yana klubsuzdur.

Halbuki,indiyə qədər heç vaxt belə halla üzləşməmişdi. 10 illik futbolçu karyerasında “Bakı”, “Turan”, “Rəvan", "Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Səbail” kimi komandaların şərəfini qoruyan dayaq yarımmüdafiəçisi indi iş tapa bilmir.

Vüqar Sportinfo.az-a açıqlamasında işsiz qalması haqda danışmaq istəməsə də, bu günü və sabahı haqda fikirlərini dilə gətirib:

“Yaydan bu yana mütəmadi məşq edirəm. Formada qalmaq üçün hər gün çalışıram. Oynamasam da, şükürlər olsun, formadayam, artıq çəkim yoxdur.

Ümid edirəm ki, qış fasiləsində ya ölkə daxilində, ya da xaricində klub tapıb, futbolçu karyeramı davam etdirəcəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?