Ukraynadan millimiz üçün gəldi, problem yaşadı, indi də...

19 Noyabr 2021 09:00 Problem 1 127
Ukraynadan millimiz üçün gəldi, problem yaşadı, indi də...

Norveçə qarşı Avropa çempionatının seçmə oyununda zədələnmiş Azərbaycan milisinin futbolçusu Emil Mustafayevin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, ayağından xəsarət alan 20 yaşlı yarımmüdafiəçi ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Yalnız bundan sonra onun zədəsinin ciddi olub-olmadığı dəqiqləşəcək.

Mustafayev Norveçə 1:2 hesabı ilə uduzduqları matçın 87-ci dəqiqəsində zədələnib. Ukraynanın "Aleksandriya" komandasında çıxış edən oyunçu həmin vaxt Abdulla Rzayevlə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş