De Byazini “QAMÇILADI”: “O, bu səhvləri tək bir dəfə etməyib”

18 Noyabr 2021 16:00 Problem 1 476
De Byazini “QAMÇILADI”: “O, bu səhvləri tək bir dəfə etməyib”

“Lüksemburqla oyuna evdə baxmışdım, Qətərlə qarşılaşmada isə stadionda idim.

Haqqına danışmalıyıq, ilk matçda Tellurun qırmızı vərəqə alması oyuna və nəticəyə ciddi təsir etdi”.

Bu sözləri millinin sabiq futbolçusu, yığma tarixində vurduğu 9 qolla Qurban Qurbanovdan sonra ikinci pillədə yer alan Vaqif Cavadov Sportinfo.az-a açıqlamasında dilə gətirib.

“Tvente” və “Volqa” (Nijnıy Novqorod), “Qaziantepspor” və “Boluspor”da legioner həyatı yaşamış hücumçuCanni de Byazinin əvəzetmələrindən kəskin narazılığını ifadə edib.

Vaqifin fikrincə, italiyalı mütəxəssisin “qırmızı”dan sonrakı dəyişiklikləri anlaşılmaz olub:

“Milli azlıqda qalandan sonra Ramil Şeydayev yarımmüdafiənin “sol”una, Mahir Emreli “sağ”ına keçdi. Əvəzində, Filip Ozobiç hücumda tək qalmışdı. Bunun özü absurd qərar idi.

Yığma müdafiədən hücuma atılanda say azlığına görə uzun ötürmələrdən istifadə edirdi ki, belədə irəlidə cüssəli futbolçu yer almalıydı.

Bu, ya Ramil, ya da Mahir ola bilərdi. Çünki Ozobiç fiziki hazırlıqlı rəqib futbolçuların əhatəsində çətinlik çəkirdi.

Həmişə demişəm, yenə təkrar edirəm, yığmanın baş məşqçisi futbolçuların əlinin içi kimi tanımalı, kimin nəyə qadir olduğunu bilməlidir.

De Byazi bu cür səhvləri tək bir oyunda etməyib. Seçmə mərhələ boyunca baxsaq, hər oyunda heyət seçimində və taktiki planda yanlışlıqlara yol verdiyini görərik”.

Vaqif Cavadov 2006-2014-cü illər aralığında 44 oyunda milli formasını geyinməklə 9 qola imzasını yazdırıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"