"Firuz Abdullanı qabağa verməsin, Elxan Məmmədov özü çıxıb suallarımızı cavablandırsın"

18 Noyabr 2021 13:00 Problem 1 018
"Firuz Abdullanı qabağa verməsin, Elxan Məmmədov özü çıxıb suallarımızı cavablandırsın"

"Firuz Abdulla savadlı kadrdır, öz işini bilir, amma hər məsələyə görə onu qabağa verməməlidirlər".

Bu sözləri "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nə qonaq olan Ramiz Məmmədov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə gündəmə aid məsələlər haqda danışan mütəxəssis AFFA rəhbərliyinin ictimaiyyət qarşısında hesabat verməli olduğunu bildirib:

"Rövnəq Abdullayev və Elxan Məmmədov yaranmış vəziyyətin səbəblərini açıqlamalıdır. Firuz Abdulla bütün məsələləri bilə bilməz.

Onun da öz yeri var. Qoy, Elxan Məmmədov çıxsın qabağa, sualları cavablandırsın.

Özü də jurnalistlərin yox, bizim verəcəyimiz sualları cavablandırsın. Ondan soruşacağımız çox şey var.

Açıq debat təşkil olunmalı, futbolumuzun bu vəziyyətə düşməsinin səbəblərinə aydınlıq gətirməlidir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş