Futbolçu və ailəsi ölümlə təhdid olunur: "Sizdən xahiş edirəm, bir də xanımıma yazmayın"

18 Noyabr 2021 02:00 Problem 1 740
Futbolçu və ailəsi ölümlə təhdid olunur: "Sizdən xahiş edirəm, bir də xanımıma yazmayın"

Meksika millisinin futbolçusu Luis Rodriges ABŞ-a 0:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra ölümlə təhdid olunur.

Sportinfo.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi instaqram səhifəsində paylaşım edib.

O bildirib ki, Migel adlı şəxs sosial şəbəkədə onun xanımına mesaj yazaraq, ölümlə hədələyib.

Rodriges həmin şəxsdən bu cür hərəkətlərə son qoymasını istəyib: "Migel, mən sizin yazdığınız qadının əriyəm. Başa düşürəm ki, davranışınızın səbəbi mənim oyunum ola bilər.

Bəhanə gətimirəm, amma sizdən xahiş edirəm, bir daha xanımıma yazmayın. "Öldürmək", "zorlamaq" qəddar sözlərdir, biz buna layiq deyilik.

Ən azından bu ifadələri ailəyə aid etmək olmaz. Tanrı sizi qorusun".

Meksika yığması hazırda 14 xalla qrupda 3-cü yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş