Bu şəxslər üçüncü dozanı vurdurmalıdırlar - AÇIQLANDI

17 Noyabr 2021 21:10 Problem 662
Bu şəxslər üçüncü dozanı vurdurmalıdırlar - AÇIQLANDI

“İnfeksion patalogiyada elə xəstəliklər var ki, ona qarşı bir dəfə peyvənd olunduqdan sonra ömürlük immunitet yaranır.

Əfsuslar olsun ki, COVID-19 infeksiyası bu qrupa aid deyil.

Burada həm xəstəlikdən sonra yaranan təbii, həm də peyvənd nəticəsində qazanılan immunitet müəyyən vaxtdan sonra azalmağa doğru gedir”.

Sportinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, peyvənddən sonra qoruyucu antitellərin titri müəyyən edilməlidir. Yaranan immunitet kifayət qədər yetərli olmaya bilər. Həmçinin əmələ gəlmiş immunitet daha tez qoruyuculuq qabiliyyətini aşağı sala bilər.

“50 yaş üzəri, xroniki xəstəliyi olan xüsusi risk qrupuna aid şəxslərin immuniteti zəifləyərsə, yoluxma halları arta bilər. Həmçinin bu insanlar yoluxanda da xəstəliyi ağır keçirə bilərlər. Bu halların olmaması, daha etibarlı müdafiə üçün “buster” (üçüncü - red.) dozanı vurdurmaları tövsiyə olunur. Bu praktika tək Azəbaycanda deyil, bütün dünya ölkələrində tətbiq edilir. Biz də əhalini çağırırıq ki, “buster” dozanı etməklə öz sərbəst həyatlarına qayıda bilsinlər”.

Digər Xəbərlər
Xəbər Lenti