“Rusiyanın dostu olmaq daim uduzmaq deməkdir” - VİDEO

17 Noyabr 2021 13:10 Problem 552
“Rusiyanın dostu olmaq daim uduzmaq deməkdir” - VİDEO

Ermənistanda Rusiyaya qarşı iradlar və tənqidlər durmadan artır.

Noyabrın 16-sı “Solovyov LIVE” verilişinin efirində Azərbaycan-Ermənistan sərhədində yaranmış cari vəziyyət müzakirə olunub.

Verilişə dəvət olunan qonaqlardan biri isə Ermənistanda siyasi şərhçi və jurnalist Hayk Xalatyan olub. Xalatyan çıxışı zamanı Rusiyanın ünvanına kəskin iradlar səsləndirib və vurğulayıb ki, Rusiyanın dostu olmaq daim uduzmaq deməkdir.

“Moskva elə edir ki, Rusiya ilə dost olmaq “luzer” sözünün sinoniminə çevrilib. Əgər Rusiya iləsinizsə, həm daxili, həm də xarici siyasətdə “luzersiniz”.

Çünki Rusiya Donbassdan başlayaraq, Qarabağ, Ermənistana qədər səni dəstəkləməyəcək və kömək etməyəcək.

Rusiyanın dostu olmaq “luzer” olmaq deməkdir və daim uduzmaqdır. Rusiyanın hazırkı siyasəti məhz bu deməkdir”, - deyə Xalatyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti