"Niyə belə olur? Bilmirəm, gündən-günə arxaya gedirik"

17 Noyabr 2021 12:40 Problem 788
"Niyə belə olur? Bilmirəm, gündən-günə arxaya gedirik"

"Bizim dövrümüzdə də yaxşı oyunçular var idi".

Sportinfo.az xəbər verir ki, bu fikirlər miillinin sabiq qapıçısı Kamran Ağayevə məxsusdur.

10 il ölkənin əsas komandasının "1 nömrə"si olmuş kiper millinin hazırda da yaxşı futbolçulara malik olduğunu vurğulayıb:

"Baş məşqçi əsas heyətdə kimləri oynadacağına tərəddüd edirdi. Bir mövqedə 4-5 hazır futbolçu var idi.

Amma klub miqyasında beynəlxalq oyunlarda o qədər də çıxış etməmişdik. Bu gün isə artıq "Qarabağ" daim avrokubokların qrupunda mübarizə aparır.

Həmin oyunçular millidə də çıxış edir. Mahir Emreli və digərləri legioner həyatı yaşayırlar. Futbolçuların səviyyəsi baxımından heyət hazırda daha əlverişlidir.

Amma nəticələrimiz niyə belə olur? Bilmirəm. Gündən-günə arxaya gedirik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş