Ombudsmandan erməni təcavüzkarlığı ilə bağlı YENİ AÇIQLAMA

16 Noyabr 2021 21:50 Problem 658
Ombudsmandan erməni təcavüzkarlığı ilə bağlı YENİ AÇIQLAMA

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva məlumat yayıb.

Bildirilib ki, dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətindəki yüksəklikləri ələ keçirmək məqsədilə Ermənistan hərbi birləşmələri 16 noyabr 2021-ci il tarixdə qəfil hərbi əməliyyata başlayıb:

“Azərbaycanın döyüş postlarının müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan intensiv atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Beynəlxalq hüquq normalarının, eyni zamanda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinin Ermənistan tərəfindən növbəti dəfə qəsdən pozulması, yeni münaqişə ocaqlarının yaranmasına, günahsız insanların qətlə yetirilməsinə və yaralanmasına səbəb olmaqdadır.

Bu kimi təxribatçı hərəkətləri regionda dayanıqlı sülhün bərqərar olmasına, öz doğma ata-baba yurdlarından zorla qovulmuş çoxsaylı məcburi köçkünlərin geri qayıtmalarına ciddi təhdid hesab edir və qarşı tərəfi fundamental insan hüquqlarına hörmətlə yanaşaraq təcavüzkar əməllərindən əl çəkməyə çağırırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş