Kölgədə gizlənib, millimizi növbəti fiaskoya hazırlayan yad adam

16 Noyabr 2021 19:00 Problem 1 245
Kölgədə gizlənib, millimizi növbəti fiaskoya hazırlayan yad adam

Futbol ictimaiyyətinin gündəmində olan əsas mövzu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazidir.

Aşağı-yuxarı bütün idman verilişlərində, saytlardakı mütəxəssis açıqlamalarında "De Byazi gedəcəkmi?", "Gedəcəksə yerinə yerli, yoxsa əcnəbi olacaq" kimi fikirlər müzakirə olunur. Bir sözlə, əksəriyyətimizi əsas milli komanda maraqlandırır və bu haqda danışıqlar, tənqidlər, müzakirələr gedir.

Bu müzakirələrin kölgəsində qalan digər günahkarlar isə öz kefindədir. Məsələn, Azərbaycanın 21 yaşlılardan ibarət millisinin çalışdırıcısı serbiyalı Milan Obradoviç kimi.

Əsas milli komandadan çox məhz serbiyalının çalışdırdığı gənclər millisinin çıxışı daha çox diqqətdə qalmalı və müzakirə olunmalıdır. Axı gələcəyimiz onlardı. Amma nədənsə bizdə bir az tərsinədi...

Adam da bu boşluqdan istifadə edərək məğlubiyyətləri sıralamaqla məşğuldur.

Onun cavabdeh olduğu komanda AÇ-2023-ün seçmə mərhələsində meydana çıxdığı 5 matçda 4 məğlubiyət yaşayıb. Yalnız Finlandiya U-21-i ilə qarşılaşmada bərabərlik (1-1) qeydə alınıb. Onda da rəqib yarım saatdan çox meydanda azlıqda qalıb.

5 qarşılaşmada qapımızda nə az, nə çox 17 qol görmüşük. 17 qolun qarşılığında isə cəmi 2 qol vurmağı bacarmışıq.

Bu gün növbəti rəqib Norveç U-21 millisidir. Heç nə olmayıbmış kimi Obradoviç komandanı bu görüşə çıxaracaq. Növbəti məğlubiyyət, növbəti fiasko, növbəti qolları buraxmaq üçün.

Əsas milliyə isə sabah həmin futbolçular gələcək. Milan Obradoviç kölgədə gizlənməyə, uğursuzluqların fonunda kef eləməyə davam etsin. Bir də ayılacağıq ki, milli komandada 4-cu, 5-ci dərəcəli seçim olmalı uşaqlar çıxış edir. Onda isə nə Obradoviç olacaq, nə də De Byazi. Yenə olan bizə, bizim futbola olacaq. Axı nə vaxta kimi?

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"