"1 xal üçün milliyə xarici məşqçi dəvət etmək, ona milyonlar vermək lazım deyil"

16 Noyabr 2021 14:40 Problem 792
"1 xal üçün milliyə xarici məşqçi dəvət etmək, ona milyonlar vermək lazım deyil"

"Aşağı yaş qrupları üzrə yığmaları xaricilərə tapşırmaq olmaz".

Bu sözləri Sportinfo.az-a açıqlamasınıda "B" kateqoriyalı məşqçi Zeynal Hüseynov deyib.

Vaxtilə U-17-nin kapitanı olmuş, Premyer Liqada "Şahdağ", MOİKvə "Gənclərbirliyi"nin formasını geyinmiş "Neftçi"nin yetirməsi bildirib ki, AFFA mövcud yanaşmasını dəyişməlidir:

"Çünki onların gördüyü işi bizim gənc məşqçilər də bacarar. Özü də daha aşağı maaşa.

Bu gün bizdə Fərid Namazov, Rəşad Hüseynov, Səbuhi Həsənov, Xanlar Əliyev kimi savadlı gənc məşqçilər var. Niyə onlara şans verilmir?

"Pro" lisenziyalı məşqçilərimiz kifayət qədərdir. Onların yanında bu savadlı kadrları qoyub, illər sonra daha yaxşı komanda görmək olar.

Sadəcə, biz ilk növbədə özümüzə qiymət verməyi bacarmalıyıq. Millidə 1 xalı uşaq futbolunda olan məşqcilər də gəlib rahat yığa bilər.

Bunun üçün əcnəbi məşqçi dəvət etmək, milyonlar vermək lazım deyil. Vallah, kənardan gələnlər bizimkilərdən savadlı deyil.

Bizim məşqçilərə şans vermək, inanmaq lazımdır. Xaricilərə pul tökməkdənsə, yerli məşqçiləri yığıb kurslara yollasınlar.

Getsinlər Almaniyada, İspaniyada, Niderlandda oxusunlar, akademiyalarda, klublarda təcrübə toplasınlar, savadlarini artırsınlar, daha yaxşı gələcək üçün çalışsınlar".

Digər Xəbərlər
Xəbər Lenti