"Bilmirəm, buna nə demək olar?" - Kamran Ağayev

16 Noyabr 2021 13:20 Problem 934
"Bilmirəm, buna nə demək olar?" - Kamran Ağayev

"Qətərlə yoldaşlıq və Lüksemburqla seçmə mərhələ oyunlarını izləmişəm.

Nəticə və oyun baxımından pis çıxış etdik. Bilmirəm, buna nə demək olar?"

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev "İdman TV"yə müsahibəsində bildirib.

Hazırda "Səbail"də çıxış edən 35 yaşlı qolkiper Robert Prosineçkinin Azərbaycan millisində işlədiyi dönəmi xatırlayıb:

"Həmin vaxt oynayanda "Niyə də yox?!" şüarı çıxmışdı. İlk 3 matçda 7 xal toplamışdıq. Həmin vaxt fikirləşirdim ki, indi olmasa belə, iki il sonra oynamasam və ya karyeramı bitirsəm,

Azərbaycan futbolu yuxarılara doğru gedəcək. Düşüncələrim bu yöndə idi və potensiallı görünürdük. Bütün futbolçular əla formada idilər.

Amma gördük ki, bundan əvvəlki və hazırkı seçmə mərhələdə eyni nəticə qeydə alındı, özümüz isə get-gedə arxaya gedirik".

Digər Xəbərlər
Xəbər Lenti