"Qarabağ"ın oyununda açılan gözlər Ermənistanda niyə kor olur?

15 Noyabr 2021 20:40 Problem 7 261
"Qarabağ"ın oyununda açılan gözlər Ermənistanda niyə kor olur?

Ermənilər öz çirkin əməllərinə davam edirlər.

Belə ki, DÇ-2022-nin seçmə mərhələsinin J qrupunda mübarizə aparan Ermənistan yığması dünən axşam Almaniya millisini qəbul edib.

1:4 hesabı ilə darmadığın olan bədnam qonşularımız oyunun gedişində qondarma, artıq mövcud olmayan DQR-in bayrağını tribunalardan asıb.

Bu, artıq ilk belə hal deyil. Seçmə mərhələ boyunca ermənilər öz çirkin addımlarını davam etdiriblər.

Öncəki ev oyunlarında da dəfələrlə buna şahid olmuşuq. Hətta AFFA məsələ ilə bağlı aylar əvvəl FİFA-ya müraciət ünvanlayıb. Görünür, ya AFFA başverənlərə ciddi yanaşmır, ya da FİFA olanlara əhəmiyyət vermir.

Ümumiyyətlə, AFFA-nın müraciətinə ehtiyac olmamalıdır. Qarşılaşmalara nümayəndə təyin olunan FİFA rəsmiləri yerindəcə qondarma bayrağın trubundan yığışdırılmasını meydan sahiblərindən tələb etməlidir.

Necə ki, "Qarabağ"ın Avropa oyunlarında UEFA nümayəndələri ən xırda məsələlərə diqqət edirlər. Lazım oldu-olmadı hər şeyə müdaxilə edirlər. Hətta heç bir ciddi əsası olmadan "Qarabağ"ın baş məşqçisi olmuş Milli Qəhrəman Allahverdi Bağırovun şəklinin tribunadan asılmasına qadağa qoyulur.

Bakıda gözü açılan həmin nümayəndələr görəsən, niyə İrəvanda kor olurlar? İkili standart başqa necə olur ki? Artıq neçənci dəfədir futbol meydanlarında belə münasibətlə qarşılaşırıq.

Yeganə yol AFFA-nın işə daha ciddi yanaşması və tələb etməsindən keçir. Əks halda həmin əski parçasını tribunalarda hələ çox görəcəyik.

SPORTİNFO

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı