"Qarabağ"lılara verilən "CƏZA" - Bu, nəyə lazımdır axı?

15 Noyabr 2021 22:40 Problem 1 776
"Qarabağ"lılara verilən "CƏZA" - Bu, nəyə lazımdır axı?

Dünən Azərbaycan millisi növbəti görüşünü yoxlama oyunu çərçivəsində Qətər millisinə qarşı keçirdi

Hər zaman olduğu kimi dünən axşam da əsas yığmanın özəyini "Qarabağ"lılar təşkil edirdi.

Meydanda olanlardan 6-sı Qurban Qurbanovun yetirmələriydi.

Rəsmi oyunlarda lap bütün onbirlik "Qarabağ"lılardan ibarət olsa, nəsə demək olmaz. Çünki öncə millinin mənafeyi, sonra klub karyerası gəlir.

Amma belə lazımsız, əhəmiyyətsiz görüşdə bu qədər "Qarabağ"lını meydana buraxmaq nəyə lazımdır? Güya De Byazi bilmir ki, bir neçə gün sonra məhz həmin uşaqlar "Qarabağ"ın heyətində "Omoniya" ilə növbəti əhəmiyyətli görüşə çıxacaq? Ona kimi isə çempionatda "Keşlə" matç var.

Onsuz da sıx qrafikdə mübarizə aparan həmin futbolçulara jest edib, heç olmasa dünən istirahət vermək olmazdımı?

Emil Balayev, Bəhlul Mustafazadə və Ramil Şeydayevi hardasa başa düşmək olar. "Gəncdilər və belə oyunlarda oynamayıb nə vaxt oynayacaqlar?" kimi izah vermək olar. Emil digər yandan hər iki cəbhədə də ikinci qapıçıdır. Digərləri də "Qarabağ"da əsas heyət üzvü sayılmırlar.

Bəs 32 yaşlı Maksimi, 29 yaşlı Qaranı, 30 yaşlı Ozobiçi belə oyunda meydana buraxmaq nəyə hesablanıb? Adıçəkliənlərin simasındakı yorğunluğu görməmək üçün gərək onlara düşmən olasan. Bütün bunlar sanki bilərəkdən edilir.

Medvedev özü də etiraf edib ki, cinahda oynamaq onun üçün artıq çətindir. Yaş öz sözünü deyir. Dünən meydanda bir daha şahid olduq ki, Medvedev üçün artıq mərkəz müdafiəçisi oynamaq daha münasibdir. Belə olan halda Maksimin uzun müddətdən sonra yenidən cinahda oynadılması nə vacib idi axı? Yerdəyişmələr və məcburiyyət kimi izahlar keçərli deyil.

Yox, niyyət adıçəkilənləri də Bədavi Hüseynovun yanında göndərməkdirsə, bu, başqa məsələ. Özünüzün futbolumuza, ölkəmizə bir faydanız yoxudur. Heç olmasa illərdi ölkəmizin adını, bayrağını Avropada şərəflə təmsil edən "Qarabağ"a mane olmayın. Lütfən...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti