“Bir gecənin içində yox olacaq - Hələ mən Azərbaycanda olan vaxt eşitmişdim ki…“

15 Noyabr 2021 10:40 Problem 1 322
“Bir gecənin içində yox olacaq - Hələ mən Azərbaycanda olan vaxt eşitmişdim ki…“

“İnter“in (indiki “Keşlə“) keçmiş prezidenti Georgi Nikolov Bakının mərkəzində yerləşən “ASK Arena“nın sökülmək ehtimalından danışıb.

Sportinfo.az-a açıqlama verən bolqarıstanlı funksioner deyib:

“Hə, tutaq ki, “Keşlə” dönüb oldu “Şamaxı” və getdi Şamaxıya. Bəs “İnter Arena”nın (indiki “ASK Arena”) aqibəti necə olacaq?

Çox güman, oranı da söküb, yerində hündür bina tikəcəklər.

“Bakı”nın o boyda bazası traktorların qabağına verildi, yaxın gələcəkdə şəhərin ən gözəgəlimli yerindəki stadion bir gecənin içində yox olacaq. Çox təsirlidir, çox!

Hələ mən Azərbaycanda olan vaxt eşitmişdim ki, “İnter Arena” Bakının gələcək planına daxil deyil. Görünür, həmin vaxt gəlib çatdı“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş