”Uşağın evini yıxmısız, indi də…”

14 Noyabr 2021 09:20 Problem 1 187
”Uşağın evini yıxmısız, indi də…”

Təbii, azliqda qalan komanda rotasiya etməklə müəyyən taktiki dəyişikliyə getmək zorunda qalır.

Onsuz da, Canni De Byazinin etimad göstərdiyi heyətin çoxunu müdafiəmeylli oyunçular təşkil edirdi.

Sistem dəyişikliyindən sonra az-çox hücum etməyə can atan oyunçularımız da potensial müdafiəçilərə çevrildilər. Hesabın açılması da Mahir Emrelinin simasında dediklərimə sübutdur.

Birinci qoldan sonra irəli atılmaq istəsək də, müdafiə xəttimizin lüksemburqlu hücumçularla necə davranmalarına cavab tapa bilmədiyimizdən, elə müdafiənin mərkəzindən birinci qol kimi, ikinci qolu da tordan çıxartmaq məcburiyyətində qaldıq.

Bir daha bildirirəm ki, məğlub komanda hücum zamanı üçüncü zonadakı gücünü bir az da olsa, gücləndirmək məcburiyyətində olmalıdır.

Bu zaman isə müdafiəçilərin azlıqda rəqib hücumçularına qarşı birəbir mübarizələri yüzfaizlik sona kimi olmalıdır.

Çoxluqda belə, rəqib hücumçuların öhdəsindən gələ bilməyən bu oyunçulardan bu cür durumda nəsə gözləməyin özü də məntiqli deyil.

Üçüncü qolun vurulması da bu kimi «əməyimiz»in bəhrəsi idi. Yaxşı ki, buna kimi standart epizoddan – künc zərbəsindən gözlənilməz qol vura bilmişdik.

Oyundan sonra futbolumuzdakı reallıqların nəticəsi kimi, hamı bütün bu uğursuzluqların səbəbini millinin baş məşqçisi Canni De Byazidən soruşaraq öyrənməyə çalışır.

Halbuki məşhur ”Ögey ana” filmində bu suallara gözəl cavab verilir: ”Uşağın evini yıxmısız, indi də Dilarə xanımdan görürsüz”.

Futbolumuzu yıxanlar De Byazini məhşər ayağına çəkməyə çalışırlar. Bu dəfə də əşyalarını toplamaq məsələsini, yəqin ki, baş məşqçinin öhdəsinə buraxacaqlar.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti