Biz bezmişik, Ramin Musayev də bezməkdə davam edəcək

11 Noyabr 2021 19:00 Problem 1 042
Biz bezmişik, Ramin Musayev də bezməkdə davam edəcək

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Keşlə”nin “Şamaxı”ya döndərilməsindən vəcdə gəlib.

Deyib ki, Qəbələyə gedib-gəlməkdən bezmişdik.

Eyni rayona nə qədər getmək olar? Yəni Ramin müəllim demək istəyib ki, Azərbaycan çempionatında cəmisi bir bölgə klubu olduğu üçün ancaq Qəbələyə gedib-gəliblər.

Amma Ramin müəllimin sevinci yəqin ki, çox çəkməz, o, bezməkdə davam edəcək.

Nöşün ki, yenə də eyni yolu gedəcək. Qəbələyə yol Şamaxıdan keçir.

Şamaxı Qəbələnin qonşusudur. PFL prezidenti ən azı eyni istiqamətdə 100 km eyni yolu qət edəcək.

Böyük ehtimalla, Ramin müəllimin bundan xəbəri yoxdur.

Uşaqlar, Ramin müəllimə deyin ki, Şamaxı Qəbələ ilə qapıbir qonşudur, eyni bölgədə yerləşirlər və hər iki rayonda futbol ənənəsi yoxdur.

Futbolu sevmirlər bu rayonlarda. Yolunuz hamar olsun, Ramin müəllim!

Bilirəm, eyni yola gedəcəyiniz üçün bezməkdə davam edəcəksiniz.

Amma yadda saxlayın ki, biz də bezmişik. Sizin kimi idarəçilərin əlindən. Allah bizim də yolumuzu hamar etsin.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş