De Byazi futbolçumuzun karyerasına belə zərbə vurur!

10 Noyabr 2021 17:00 Problem 1 505
De Byazi futbolçumuzun karyerasına belə zərbə vurur!

Zaman-zaman Azərbaycan milli komandasından ögey münasibət görən yerli futbolçular çox olub.

Hər nə qədər yaxşı formada olsalar da diqqətdən kənarda qalıblar.

İndi isə oxşar taleyi Türkiyənin "Keçiörengücü" klubunda çıxış edən Vüsal İsgəndərli yaşayır.

Autsayder "Keşlə"də çıxış edəndə belə əsas milliyə dəvət alan futbolçu indi yada düşmür.

Bəs baş məşqçi Canni De Byazi demirdi ki, legioner həyatı yaşayanlar milli üçün əsas prioeritetlərdən olacaq? O zaman belə laqeyd münasibət nədən qaynaqlanır?

Vüsal yaydan Türkiyə karyerasına start verib. Düzdü, komandası iddialılardan deyil, amma Vüsalın öz işləri pis getmir. Meydana çıxdığı 12 qarşılaşmada 3 dəfə fərqlənməyi bacarıb. Bir vinger üçün bundan yaxşı göstərici?

Söhbət təkcə vurulan qollardan da getmir, Vüsal həm də meydandakı mübarizəsi, sürətli reydləri ilə fərqlənir.

Bu baxımdan daim müdafiədə oturan Azərbaycan millisinin oyun sistemi üçün onu ən uyğun futbolçu saya bilərik. Sürətli əks-hücumlarda komandamıza çox fayda vermiş olar. Amma italiyalı mütəxəssis bütün bunları görməzdən gəlir.

Vüsalın unudulması, diqqətdən kənarda qalması millimizin ziyanına işləməyi ilə bərabər, həm də futbolçumuzun karyerasına ciddi zərbə vurmuş olur.

Hər halda cəmi 25 yaşı olan həmyerlimiz yığmamıza dəvət alsa, oyunlarda müəyyən qədər şans qazansa, bu, onun CV-sinin zənginləşməsi və daha güclü klublara getməsinə töhfə vermiş olar.

Ümid edək ki, Vüsal İsgəndərli yığma komandanın növbəti toplanışlarına dəvət alacaq və lazım olan diqqəti hiss edəcək.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı