Millimizin futbolçuları ona qol vurmayacaq - Koronovirusa yoluxub

10 Noyabr 2021 00:40 Problem 625
Millimizin futbolçuları ona qol vurmayacaq - Koronovirusa yoluxub

Lüksemburq millisinin əsas qapıçısı Antoni Morisin Bakıda Azərbaycana qarşı keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyununda iştirak etməyəcəyi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Belçikanın "Yunion" klubunda çıxış edən 31 yaşlı qolkiperin koronavirus testinin cavabı müsbət çıxıb.

Onun əvəzinə yığmaya "Fola" komandasının üzvü Manu Kabralın cəlb olunacağı gözlənilsə də, baş məşqçi Lük Holts başqa qərar qəbul edib.

52 yaşlı mütəxəssis ata olacağı üçün yığmanın düşərgəsinə qoşulmaq istəməyən digər qapıçı Ralf Şonu fikrindən daşındıra bilib. Beləliklə, Bakıdakı oyunda Morisi Norveçin "Brann" klubunun qolkiperi əvəzləyəcək.

Noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş