Bakıda sevincək olan hücumçuda şəkər xəstəliyinə tutuldu

9 Noyabr 2021 01:00 Problem 875
Bakıda sevincək olan hücumçuda şəkər xəstəliyinə tutuldu

Danimarka millisinin və Fransanın "Nitsa" klubunun futbolçusu Kasper Dolberqə birinci dərəcəli şəkərli diabet diaqnozu qoyulub.

Sportinfo.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.

Oyunçu bu səbəbdən Farer adaları və Şotlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə matçlarını buraxacaq.

O, düzgün müalicə sayəsində xəstəliyin karyerasına təsir etməyəcəyini bildirib.

Kasper Dolberq Danimarka millisinin Bakı Olimpiya Stadionunda Çexiyanı 2:1 hesabı ilə məğlub etdiyi AVRO-2020-nin 1/4 final oyununda qol vurub. Futbolçu matçın 42-ci dəqiqəsində fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş