Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman mərkəzlərinin futbol komandaları bu mövsüm AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.
Bununla bağlı bir müddətdir davam edən qeyri-müəyyənliyə, nəhayət ki, son qoyulub.
Nazirlik onlara maliyyə ayırmağı lazım bilməyib. Qərar onunla əsaslandırılıb ki, büdcə daha öncədən müəyyənləşdirilib və «əlavə xərclər» bölümündə bu da nəzərdə tutulmayıb.
Problem ondan qaynaqlanır ki, AFFA dövlət qurumunun nəzdində olan UĞİM-lərə ayırdığı həftəlik ödənişləri ləgv edib.
Müxtəlif yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparan kollektivlər həftəiçi və həftəsonu keçirilən oyunlarda iştiraka görə 40-60 manat civarında vəsait alırdı.
AFFA-dan UĞİM təmsilçilərinə bildirilib ki, bu qərar yeni qəbul olunub və ən azı cari mövsümün sonunadək qüvvədə qalacaq.
Nəzərə çatdırılıb ki, onlar çempionatda iştirak edib-etməməkdə sərbəstdir və bundan sonra həmin məbləği nazirlikdən istəməlidirlər.
Bu açıqlamadan sonra Təhsil Nazirliyinin komandaları bir-birinin ardınca AFFA-nın bayrağı altında keçirilən yarışlardan çəkilib.
Saytımızın bu mövzunu işıqlandırması yeni idman naziri Fərid Qayıbovun diqqətini çəkib. O, problemin araşdırılması və həlli üçün öz müvafiq tapşırıqlarını verib.
Bu məqsədlə GİN-də toplantı keçirilib. Bir çox mütəxəssisin iştirakı ilə təşkil olunan iclasda AFFA-nın atdığı addım müzakirə edilib.
Qərara alınıb ki, komandalar federasiyanın bayrağı altında keçirilən çempionatda çıxısını davam etdirsin.
Nazirlik təmsilçilərinin ölkə birinciliyində yarışa bilməsi üçün maliyyə ayrımağı öz üzərinə götürüb. Bütün xərclər daxili imkanlar hesabına qarşılanacaq.
SPORTİNFO.AZ

