"Neftçi"nin legioneri keçmiş klubuna qayıda biləcək?

8 Noyabr 2021 11:40 Problem 1 298
"Neftçi"nin legioneri keçmiş klubuna qayıda biləcək?

«Neftçi»nin müdafiəçiisi Mamadu Mbordj qışda Litvaya qayıda bilər.

Azərbaycan klubunda əsas heyətə düşməyən seneqallı legioner «Jalqiris»lə danışıqlar aparır.

Keçmiş komandası afrikalının xidmətində maraqlıdır. Sadəcə, ondan bir istəkləri var - «Neftçi» ilə sənəd məsələsini öz həll etsin.

Çünki Mbodjun «ağ-qaralar»la müqaviləsi qüvvədədir və bu səbəbdən təzminat ödəmək niyyətində deyillər.

Mamadu 3 ildən artıqdır bakılıların şərəfini qoruyur. O, bura «Jalqiris»dən gəlib. Roberto Bordinin dönəmində transfer olunan seneqallı Samir Abasovun gözündən düşüb.

Afrikalının hazırkı baş məşqçinin planlarında yer almayacağı yay aylarından – avrokuboklardan bəri özünü bəlli edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti